“AzRe Təkrarsığorta” şirkətinin Direktorlar Şurasının sədri dəyişib.
Direktorlar Şurasının sədri Fuad Quliyev iyun ayının əvvəlindən etibarən şirkətdən ayrılıb. Onun yerinə Tokay Əlizadə təyin edilib.
F. Quliyev “APA-Economics”in məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, məsələni sığorta şirkətindən dəqiqləşdirin.
Qeyd edək ki, Direktorlar Şurasının yeni sədri Tokay Əlizadə 2016-cı ilə kimi keçmiş “AG Bank”ın İdarə Heyətinin sədr müavini olub.