6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın iri şpris istehsalçısı ard-arda illəri xalis mənfəətlə bitirir

Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyatda olan şpiris istehsalçısı “Diamed Co” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildə 2.18 milyon manat xalis mənfəət əldə edib.

Banker.az bunu şirkətin illik audit hesabatına istinad edir.

2021-ci ildə şirkətin xalis mənfəəti 2.41 milyon manat idi.

Şpiris istehsalçısı 2022-ci ildə 7.69 milyon manat həcmində gəlir əldə edib ki, bu illik 9% artım deməkdir.

Şirkətin balansımda 1 yanvar 2023-cü il tarixinə 27 min manat bölüşdürülməmiş mənfəəti var. Buna səbəb 2021-ci ildə 1.05 milyon və 2022-ci ildə 3.56 milyon manat səhmdarlara dividemd elan etməsidir.

Xatırladaq ki, “Diamed Co” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, 9 519 934 manat nizamnamə kapitalı var. Müəssisədə İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir.

 

Screenshot 20230621 065511 Adobe Acrobat

Son xəbərlər
Digər xəbərlər