Azərbaycanın iri telekommunikasiya və informasiya texnologiyaları xidmətlərini keçirən şirkəti “Delta Telecom LTD” MMC 2022-ci ili 28.67 milyon manat həcmində xalis mənfəət açıqlayıb. Halbu ki, 2021-ci ili 23.92 milyon manat həcmində cəmi xalis mənfəət əldə etmişdi.
Banker.az bunu telekommunikasiya şirkətinin illik audit hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, “Delta Telecom LTD”nin satışdan gəliri illik müqayisədə 15.91 milyon manat və ya 24 faiz artaraq 82.29 milyon manat təşkil edib. Şirkət 26.37 milyon manat trafik xidmətləri üzrə xərclər çəkib. 2021-ci ildə bu xərclər 19.19 milyon manat idi. Şirkətin ümumi əməliyyat xərclərinin həcmi 46.89 milyon manata yüksəlib.
1 yanvar 2023-cü il tarixinə 171.87 milyon manatlıq bölüşdürülməmiş kapital balansında mənfəət var.
Xatırladaq ki, “Delta Telecom LTD” 2000-ci ildə yaradılıb. Telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə operatordur.