Azərbaycanın iri un istehsalçısının mənfəəti 24% azalıb

“Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin 2025-ci ildə xalis mənfəəti ötən ilə nisbətən 24% azalaraq 182 260 manatdan 138 906 manata geriləyib.

Banker.az bu barədə ASC-nin 31 dekabr 2025-ci il tarixinə olan illik maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin satış gəlirləri 2024-cü ildəki 9 milyon 416 min manatdan 10,4% azalaraq 2025-ci ildə 8 milyon 435 min manata düşüb.

Şirkətin ümumi resursları və aktivlərinin həcmində 5.1%-lik bir azalma baş verib. 2024-cü ildə 16 milyon 823 min manat olan cəmi aktivlər, 2025-ci ilin sonunda 15 milyon 958 min manat təşkil edib.

Nadir Quliyev adına “Bakı Taxıl” ASC 1998-ci ildə şirkət kimi qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 7 511 380 manat təşkil edir. Şirkətin İdarə Heyətinin sədri Bəsirət Quliyev Nadir oğludur.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər