7 C
Baku
Sunday, December 15, 2024

Qarabağda mobil rabitə üçün ilk antena quraşdırılıb

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” ölkənin işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin təşkili məqsədilə LTE baza stansiyalarının quraşdırılmasına başlayıb.

Bunu şirkətin korporativ əlaqə şöbəsinin rəhbəri Nigar Şıxlinskayaya deyib.

Onun sözlərinə görə, artıq müxtəlif ərazilərdə bir neçə baza stansiyasının quraşdırılması başa çatdırılıb: “Məqsədimiz işğaldan azad olunan bütün əraziləri mobil rabitə xidmətləri ilə əhatə etməkdir”, – deyə N. Şıxlinskayaya qeyd edib.

Son xəbərlər
Digər xəbərlər