14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın istedadlı bank işçisi

– Sizinlə müsahibə almaq istəyəndə öz adınızın gizli qalmasını istədiniz…

–  Bilirsiniz necədir, mən Bakıda tanınan bankların birində şöbə müdiri işləyirəm. Və iş yerimdə kimsə bilmir ki, street artla məşğul oluram. Nə qədər yorğun olsam da divara şəkil çəkməklə dincəlirəm. Mənim rəssamlıq emalatxanam var. Orda da çəkirəm.

 – İndi mən sizə necə müraciət edim?

 – Akon…

– Akon bəy, siz özünüz dediniz ki, bankların birində şöbə müdiri işləyirsiniz. Bəs necə oldu street art sənətinə yiyələndiniz?

 – Mənim 28 yaşım var. Evliyəm. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Bitirdikdən sonra hazırda işlədiyim banka imtahan verdim. İmtahanın cavabları nəticəsində işə düzəldim. Qaldı ki, street art sənətinə, onu özüm öyrənmişəm. Mən ancaq gecələr şəkil çəkirəm. Bu isə gündə bir-iki saatımı alır. Amma çox dincəlirəm.

– Ailədə bilirlərmi siz gecələr küçələrdə divarlara şəkillər çəkirsiniz?

– Həyat yoldaşımdan başqa kimsə bilmir. Gəlin sizə olmuş bir əhvalatı danışım. İki il bundan qabaq təzə evlənmişdim. Toyumdan bir-iki ay keçmişdi anam və atam bizə qonaq gəlmişdi. Elə oldu ki, atamgil bizdə qalmalı oldu. Mən də evdən çıxmalıyam axı. Yalan danışmalı oldum. Yalan bundan ibarət idi ki, guya dostum maşın qəzası keçirib. Məni təcili çağırırlar. Atam dedi gözlə mən də gəlirəm. Atama dedim, siz evdən qalın, evdəkilər tək qalmasın. Nə isə getdim şəkilləri çəkdim. Evə qayıtdım. Atam soruşdu dostdun necədir? Dedim şərəfsizlər mənimlə zarafat edib. Xanoğlan Moskvadan gəlib. Yeyib-içirmişlər. Bu adnan məni aldadıb evdən çıxarıblar. Səhər işə getməmiş atamgili evlərinə aparmalı oldum. Yolda çəkdiyim şəkilləri göstərdim. Baxdıları. Bilmədilər ki, mən çəkmişəm. Atam bilsəydi ki, bu şəkilləri mən çəkmişəm məni oğulluqdan çıxarardı. Atama deyirəm ki, kim çəkibsə əla çəkib. Deyir, görəsən, hansbic bala çəkib. Atam yatsa yuxusuna da girməz bu şəkilləri mən çəkmişəm divarlara.

 – Evləndikdən sonra evdən ayrılmısınız. Əvvəllər gecələr evdən çıxmaq üçün hansı yalanları uydururdunuz?

 – (gülür) Mənim atam çox imkanlı adamdır. Bizim şəhərin ayrı-ayrı yerlərində evlərimiz var. Ailəm Novxanıda qalırdı. Mənsə yollarda qalmamaq üçün ailəm icazə verdi şəhərdəki evlərimizdən birinə köçüm. Atam mənə çox etibar edir. Heç vaxt ona pis təsir edəcək hərəkətlər etməmişəm. Tələbə yoldaşım var idi. Adı Kaan idi. Ev kirayəsini ödəmədiyi üçün qaldığı yerdən çıxarılmışdı. Məndə onu evimizdə müsafir etdim. Atamın razılığın aldıqdan sonra mənimlə birlikdə həmin evdə yaşadı. Mən ondan çox şey öyrəndim. Street art sənətinidə. Kaan özü rəssamdır. Qadınlar yoqa edir necə dincəlirsə, məndə divara şəkil çərək dincəlirəm.

– Belə çıxır ki, sizin kimi rəssamlara qarşı münasibət bir mənalı deyil…

 – Əslində, street art incəsənətin bir növüdür. Amma qəbul etməyənlər çoxdu.

– Həyat yoldaşınız sizin hopbinizi necə qarşılıyır?

– Mən çox dürüst adamam. Onunla tanış olanda mən demişdim ki, street art sənətinə marağım böyükdür. Gecələr divarlara şəkillər çəkirəm. O isə bu sözü dedi: “Səninlə cəhənnəm də cənnətdir”. Yoldaşım mənim fikirlərimə hörmət edib. Bir qızım var. Adını Aysun qoymuşam. Aysunun artıq bir yaşı var. Onun tərbiyəsi ilə də məşğulam. Yəni ideal insan olmasam da, qızıma yetərincə tərbiyə verə biləcək atayam. Düşünürəm ki, pis insan deyiləm. Bir insan birinə yaxşı, birinə pis ola bilər. Həyatın qanunu budur.

– Bank işçisi kimi özünüzü rahat hiss edirsiniz?

 –  Rəsmiyyəti sevmirəm. Əslində, mən bu sahəni heç sevmirəm. İşimdə  xoşbəxt deyiləm. Sıxılıram. Amma neyləmək olar? Atam istədi, mən də seçdim. Bank işində də uğurlarım çoxdur. Az zamanda bankda şöbə müdiri oldum. Street art sahəsində çox rahatam. Özümü ifadə edə bilirəm. Bəzən nələrdənsə çəkinərək deyə bilmədiyim sözləri divara çəkdiyim şəkillərlə deyə bilirəm. Nərmin Kamal, Seymur Baycan və.s yazarlar qələmi ilə özlərini necə ifadə edə bilirsə, mən də divara çəkdiyim şəkillərlə ocür ifadə edirəm.

– Elə olubmu ki, hansısa bir əsəri oxuyasınız onu çəkdiyiniz şəkildə əks etdirəsiniz?

– O qədər olub ki… Məsələn Qan Turalın “Evli qadını sevmək” essesini oxudum. Mənə təsir etdi. Mən də subay vaxtı evli qadını sevmişdim. Əslində, onu sevdiyimi düşünürdüm. Həmin essədə bu cümlələr mənə çox təsir etdi. Səhv etmirəmsə, təqribən beləydi: “Sən onu düşünə-düşünə kədərli mahnılara qulaq asanda o uşaqlarına layla deyirdi, şəksiz ki, bu laylalar sənin mahnılarından az kədərli deyildi”. İşimlə əlaqədər İstanbula getməli oldum. Bir ay orda qaldım. Tələbə yoldaşım evli qadına aşiq olduğundan danışdı. Tələbə yoldaşımın evli qadına olan sevgisi və Qan Turalın “Evli qadını sevmək” essəsi məni ruhlandırdı. Həmin essədən bir hissəni gecə divarda təsvir etdim. Və özüm də ağladım. Bilirsiniz həmin şəkli hara da çəkdim?

– İnsanların sıx olduğu yerindəmi?

 Xeyir. Kaanın sevdiyi evli qadının yaşadığı evin divarına. Qan Turalı yetərincə kədərli yazmamışdı. Mənsə yetərincə divara kədərli həkk etdirmişdim. Sanki, şəkillərdə ki, insanlar canlı idi.

– Qan Turalı sizin üçün kumir yazıçıdırmı?

– Xeyir. Qan Tural kütlə üçün yazır. Bəzən sarı simə toxuna bilir. Mənim üçün bir kumer olan bir şəxs var – atam. Ramiz Rövşənin “Ayrılıq” və Sabir Rüstəmxanlının “Tabut daşımaq” silsiləsindən olan şeirlərini divara çəkdiyim şəkillərdə ifa
də etmişəm.

1

2

3

4

1937.az

Son xəbərlər
Digər xəbərlər