10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın iştirak etdiyi layihəyə 1,5 mlrd. avro kreditin ayrılması təsdiq edildi

Avropa İnvestisiya Bankı Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro həcmində kreditin ayrılmasını təsdiq edib.

Bu barədə “Reuters” agentliyi xəbər verir.

Bankın vitse-prezidenti Endryu MakDouvel (Andrew McDowell) bildirib ki, TAP layihəsi Avropada qaz istehsalının azalmasının qarşısını alacaq, Mərkəzi və Cənub-şərqi Avropada qaz mənbələrinin şaxələndirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər). Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər