18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycanın IT məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac olunur

Azərbaycanın IT məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac olunur.

Bu barədə “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin (AZINNEX) sədri Fərid Kazımov Bakıda keçirilən “Ticarətdə qeyri-tarif baryerləri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda IT məhsulları son bir neçə il ərzində fəal şəkildə inkişaf etməyə başlayıb.

“Əvvəllər Azərbaycanda məhdud sayda şirkətlər var idi, lakin indi sayları artır. Hazırda IT sahəsində güzəştlər tətbiq olunur. Ölkədə bu sahədə yeni imkanlar yaradılıb ki, bu da ixracın həcmini artırır. Eyni zamanda, Azərbaycan şirkətləri xarici bazarlara keçir və artıq IT məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac olunur”, – deyə o qeyd edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər