9 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanın İtaliyaya satdığı fındıq 26% bahalaşıb

Azərbaycan bu il İtaliyaya qabığı təmizlənmiş meşə fındığını öncəki illə müqayisədə 26 faiz baha satıb, lakin həcm düşüb.

Banker.az-ın əldə etdiyi məlumata görə, ölkə cari ilin ilk 10 ayında ümumi həcmi 1 378 ton olan qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Bunun da ixrac dəyəri 10.03 milyon dollar təşkil edib.

Beləliklə, ixrac edilmiş fındıq İtaliyaya illik müqayisədə miqdar baxımından 37 faiz, dəyər baxımından isə 21 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Ötən ilin ilk 10 ayında ixrac edilmiş fındığın bir tonu 5 760 dollar olduğu halda, cari ildə bu rəqəm 7277 dollara qədər bahalaşma yaşayıb. Yəni bir tonu öncəki ildən 1517 dollar daha çox əlavə valyuta gətirmiş olub.

  Qabığı təmizlənmiş meşə fındığının ixracı, 2024 yanvar-oktyabr
Cəmi  Miqdar, ton  Həcm, min USD
      14,811  94,938.41
  Rusiya        9,257  55,424.32
  Almaniya        1,956  14,809.03
  İtaliya        1,378  10,027.42
  Polşa           466    3,415.66
  Türkiyə           472    3,068.70
  İsveçrə           260    1,678.40
  Litva           160    1,182.76
  Çexiya           100       761.00
  Fransa           102       668.83
  Latviya             88       631.40
  Birləşmiş Ərəb Əmirlikləri             87       627.66
  İraq             64       543.98
  Gürcüstan           109       495.52
  Qazaxıstan           122       450.87
  Belarus             61       419.14
  Ukrayna             70       350.00
  İspaniya             16       149.52
  Özbəkistan             30       130.20
  İsrail             13       104.00

 

Son xəbərlər
Digər xəbərlər