Azərbaycanın xaricə satdığı almanın qiyməti bahalaşıb.
Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumatlara əsasən apardığı hesablamalarına görə, bu ilin ilk 3 ayında alma ixracı illik müqayisədə miqdar ifadəsində 21.4% azalsa da, dəyər ifadəsində 29.9% artıb. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan xaricə 11 102.48 ton almanın satışından $7 mln. 291.15 min qazanıb. 2021-ci ilin yanvar-mart aylarında isə 14 131.13 ton alma ixracından $5 mln. 611.11 min gəlir əldə olunmuşdu.
Həmçinin, ilk 2 ayda satılan 7 502.41 ton alma satışından ölkənin gəliri $4 mln. 884.41 min idi. Beləliklə, təkcə mart ayında 3 600.07 ton ixrac edilib və ixrac gəlirləri $2 mln. 406.74 min olub.