Azərbaycanın Kanadadakı konsulluq şöbəsi fəaliyyətini müvəqqəti dayandıracaq

Azərbaycanın Kanadadakı konsulluq şöbəsi müvəqqəti fəaliyyətini dayandıracaq.

Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin “Facebook” hesabında məlumat verilib.

“Səfirliyin konsulluq şöbəsi iyunun 30-dan etibarən müvəqqəti olaraq bağlanacaq. Bütün sənədlər avqustun 7-də, konsulluq açıldıqdan sonra qəbul ediləcək və baxılacaq”,-paylaşımda qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər