Azərbaycanın Kanadadakı konsulluq şöbəsi müvəqqəti fəaliyyətini dayandıracaq.
Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin “Facebook” hesabında məlumat verilib.
“Səfirliyin konsulluq şöbəsi iyunun 30-dan etibarən müvəqqəti olaraq bağlanacaq. Bütün sənədlər avqustun 7-də, konsulluq açıldıqdan sonra qəbul ediləcək və baxılacaq”,-paylaşımda qeyd olunub.