7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın keçən il müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

2023-cü ilin büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə istifadə olunan vəsaitin həcmi məlum olub.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu istiqamətə 5 854 833 661 manat xərclənib. Bu vəsaitdən 3 068 045 579 manat xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldilib.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 1392,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində və ya 7246,9 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2022-ci illə müqayisədə 1560,5 milyon manat və ya 27,4 faiz çoxdur.

Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 815,9 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3883,9 milyon manat və ya 2022-ci illə müqayisədə 994,5 milyon manat (34,4 faiz) çox vəsait yönəldilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər