“Aqrolizinq” ASC-nin sabiq filial rəhbəri həbsdə ölüb

Bakıda məhkum xəstəlikdən ölüb.

APA-ya istinadən, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. O, 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. R.Hüseynov həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər