Hüquqi ünvanı Qax şəhəri 20 Yanvar, ev 1 olan “Qax-Konserv” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 23 may 2026-cı il tarixdə saat 10.00-da Sumqayıt şəhəri, 2-ci Mikrorayon ünvanda yerləşən “Mərcan” kafesində keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi aşağıdakılardır.
1.“Qax-Konserv” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
2.“Qax-Konserv” Açıq Səhmdar Cəmiyyətinin daşınmaz əmlakının özgəninkiləşdirilməsi;
3.Təşkilatı məsələlər;
4.Sənədlərin hazırlanması, imzalanması və həmin işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
“Qax-Konserv” ASC-nin qanuni təmsilçisi Novruzov Rey Qaçay oğludur və nizamnamə kapitalı 640 543 manatdır.







