“Qax-Konserv” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı 5.02.2026-cı il tarixdə, saat 10-00-da Zaqatala şəhəri, Evim Otel konfrans zalı ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin İdarə heyətinin sədrinin hesabatı;
2. 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;
4. İcra orqanının formalaşdırılması;
5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin təyin olunması;
6. Digər məsələlər.
Xatırladaq ki, “Qax-Konserv” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 640 543 manat təşkil edir və qanuni təmsilçisi Ramiz Abbasovdur.







