8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın könüllü həyat sığortası bazarı 30% böyüyüb

Bu ilin avqust ayında könüllü həyat sığortası üzrə sığorta haqları 282 787.1 min manat, sığorta ödənişləri isə 157 361.6 min manat təşkil edib. Bu göstəricilər cari iyul ayı ilə müqayisədə müvafiq olaraq, 13.6% və 19% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

2022-ci ilin avqust ayına olan göstəricilər ilə ötən ilin avqust ayına olan göstəriciləri müqayisə edəndə görürük ki, könüllü həyat sığortası üzrə yığımlar 30% artıb, ödənişlər isə 17.3% azalıb.

Qeyd edək ki, AMB-nin son hesabatına əsasən, könüllü həyat sığortası üzrə yığımların 93.4%-i, ödənişlərin isə 98.8%-i həyatın yaşam sığortası üzrə olub.

Son xəbərlər
Digər xəbərlər