23 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın kriptovalyuta ticarəti platforması beynəlxalq serverlərə inteqrasiya olunub

Süni intellekt əsasında çalışan “Cryptoyote” kriptovalyutaların ticarəti platforması beynəlxalq serverlərə inteqrasiya olunub.

Bunu layihənin rəhbəri Orxan Əhmədov deyib.

Onun sözlərinə görə, sistem qeydiyyat üçün acıqdır və hazırda sınaq mərhələsində istifadəçilər hesab aca bilərlər. 

“Müəyyən texniki problemlər birjalar tərəfindən müşahidə olunur ki, onların həlli istiqamətində işlər aparılır”, – deyə O. Əhmədov əlavə edib.

Qeyd edək ki “Cryptoyote” süni intellekt əsasında çalışan botdur. Bu həll kriptovalyuta bazarındakı vəziyyəti təhlil edərək müəyyən proqnoz verir. Proqnoz əsasında kriptovalyutanı nə vaxt almaq və satmaq lazım olduğunu görmək mümkündür. Bu proses tam olaraq avtomatlaşdırıb. Gələcəkdə “Cryptoyote”un tətbiq sahəsi genişləndiriləcək. 

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər