8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanın lizinq şirkəti ləğv edilir

“Micro Leasing and Factoring” Məhdud Məsuliyyətli Cəmiyyəti -in Ümumi Yığıncağı 13.10.2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Banker.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1122, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi PR., ev.103, m.M6 M3 ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Xatırladaq ki, lizinq şirkəti 2022-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emin Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər