22 C
Baku
Monday, August 18, 2025

Azərbaycanın lizinq şirkəti yarım ili mənfəətlə başa vurub

“Legion Financial” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ilin 1-ci yarımilliyini 733 045 manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə lizinq şirkəti 479 499 manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 53% artım deməkdir.

Banker.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.

Ötən ilin yanvar-iyun aylarında “Legion Financial” MMC-nin faiz gəlirləri 832 min manat ikən, bu ilin 6 ayında 1 milyon 759 min manat olub.

Hesabat dövründə “Legion Financial” MMC-nin cəmi aktivləri 19 milyon 68 min manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə artımdır. Lizinq şirkətinin cəmi kapitalı 4 milyon 383 min manat, cəmi öhdəlikləri 14 milyon 684 min manat olub.

Son xəbərlər
Digər xəbərlər