18 mart 2024-cu il, saat 12:00-da “Legion Financial” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın keçiriləcəyi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A-dır.
Gündəliyə daxil olan məsələ nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə buraxılışıdır.