“Legion Financial” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ili 616 332 manat mənfəətlə başa vurub. 2022-ci ildə lizinq şirkəti 282 725 manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 2.2 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
31 dekabr 2023-cü il tarixinə “Legion Financial” MMC-nin faiz gəlirləri 893 129 manat ikən, 31 dekabr 2022-ci il tarixinə 418.203 manat olub.
Ötən il “Legion Financial” MMC-nin cəmi aktivləri 4 milyon 751 min manat olub ki, bu da illik müqayisədə 2.2 dəfə artımdır. Lizinq şirkətinin cəmi kapitalı 1 milyon 729 min manatdan 2 milyon 861 min manata, cəmi öhdəlikləri 406.171 manatdan 1 milyon 889 min manata çatıb.
Şirkətin lizinq portfeli təxminən iki dəfə artırılaraq 4.2 milyon manata, nizamnamə kapitalı isə 60 faizə yaxın artırılaraq 1.4 milyon manat təşkil edib.