25 C
Baku
Monday, June 10, 2024

Azərbaycanın logistika şirkəti 1 milyon manatdan çox mənfəət açıqladı

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi yük agenti “EL Logistics Group” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ili 1 milyon 392 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə QSC-nin mənfəəti 89 min 650 manat olub ki, bu da 15 dəfədən çox artımdır.

Banker.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “EL Logistics Group”un cəmi gəlirləri 29 milyon 15 min manat (əvvəlki ilə nisbətən 8 dəfə çox), ümumi və inzibati xərcləri 348 min manat təşkil edib.

31 Dekabr 2022-ci il tarixində “EL Logistics Group” 1 milyon 800 min manat cəmi aktivlərə malik olub ki, bu da illik müqayisədə 70.5% artım deməkdir.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 20% artaraq 1 milyon 160 min manat, cəmi kapitalı isə 7 dəfə artaraq 623 min manat təşkil edib.

“EL Logistics Group” şirkəti dəmir yolu yük daşımalarının həyata keçirilməsi üzrə müvafiq logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir.

l1 l2 l3

Son xəbərlər
 ⁠
Digər xəbərlər