Depozitar sisteminin dayanıqlığını, təhlükəsizliyini, hesabların funksionallığını, eyni zamanda istifadəçilər üçün açıq məlumatların əldə edilməsinin rahatlığını təmin etmək məqsədilə Milli Depozit Mərkəzi (MDM) tərəfindən mərkəzi depozitar sistemində (CS/DR) bir sıra dəyişikliklər edilib.
MDM-dən verilən məlumata görə, dəyişikliklərdə şəxslərə dair bütün məlumatların bir pəncərədən idarə edilməsi, investisiya şirkətləri və MDM tərəfindən açılacaq depo hesablarının hər müəssisəyə uyğun məlumatlarının təsnifatlaşdırılması nəzərdə tutulub. Eyni zamanda, sistemdə Daxili İşlər Nazirliyinin İAMAS sistemi və Mərkəzi Bankın maliyyə qurumlarının məlumat xidməti ilə inteqrasiyası təmin edilib.
Qeyd edək ki, sistemdə ediləcək növbəti dəyişikliyin marja və portfel hesablarının açılması ilə əlaqədar olması nəzərdə tutulur.