-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 10%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 309 395,3 min manat təşkil edib, bu da illik müqayisədə 10,6% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 346 001 min manat səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 8 642,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,44% azdır.

Hesabat dövründə, kəmər vasitəsilə 6 675 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,9% az).

MənbəApa
Son xəbərlər
Digər xəbərlər