Şamaxı rayonunun Qonaqkənd ərazisində fəaliyyət göstərən “Əlizamin” kredit ittifaqının sahibi dəyişib.
İttifaqın sədri Məcnun Dünyamalıyev rəhbərlik etdiyi maliyyə qurumunu Lənkəran şəhər sakini Fərid Rəcəbova satıb.
Bununla da ittifaqın nizamnamə kapitalının formalaşmasında iştirakı olan 19 Şamaxı sakininin payı 11 Lənkəran sakininə ötürülüb. Payçılarla yanaşı, ittifaqın adı da dəyişib. Kredit təşkilatı bundan sonra “Qala” kredit ittifaqı adı ilə fəaliyyət göstərəcək. Artıq yeni ad Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. Maliyyə qurumuna yeni ada uyğun lisenziya verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.
Xatırladaq ki, alqı-satqı predmeti olan kredit ittifaqı 1999-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 35 960 manatdır.
©Report