Azərbaycanda maliyyə və sığorta fəaliyyəti şirkət və təşkilatların ümumi mənfəətinin həcmi 1 milyard 514.9 milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə cəmi 1.1 faiz artımdır.
Sığorta, bank və bank olmayan kredit təşkilatlarının məlumatları nəzərə alınmaqla hesablanan bu göstərici 2023-cü ildə 1 milyard 495.14 milyon manat həcmində mənfəət əldə etmişdilər.
Ümumi mənfəət və ya zərər – mal, iş və xidmətlərin satışından əldə edilmiş mənfəət və ya zərərin məbləğidir. Bu məbləğ malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə satışın maya dəyəri üzrə xərclər arasındakı fərq kimi müəyyən edilir.
Azərbaycan Mərkəzi Bankının 2024-cü il üzrə göstəricilərinə görə isə 2024-cü il ərzində banklar 1 mlrd. 44.3 mln. manat xalis mənfəət, 1 mlrd. 663.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya etmişdi.








