10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın maliyyə sektoruna ötən il 4 mln. manat yatırılıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə 2016-cı il ərzində 4,3 mln. manat həcmində investisiya yatırılıb. Rəsmi statistikaya əsasən xəbərə görə, beləliklə, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 0,03%-i məhz maliyyə sektorunun payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, maliyyə sektoruna yatırılan sərmayələrdə əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 77,8% azalma qeydə alınıb.

Xatırladaq ki, 2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 903,4 mln. manat və ya əvvəlki illə müqayisədə 26,1% az vəsait yönəldilib. Ümumi sərmayənin 33,8%-i dövlət, 66,2%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. 2016-cı ildə neft sektoruna 8 617,4 mln. manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 6 286,0 mln. manatlıq vəsaitin 1 021,9 mln. manatı qeyri-neft sənayesi sektorunda istifadə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər