10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın maliyyə sektorunda “Ağıllı müqavilə”lər tətbiq olunacaq

“Azərbaycan Mərkəzi Bank (AMB) rəqəmsal identifikasiya sisteminin xüsusi komponenti olan “Ağıllı müqavilə”dən (“Smart Contract”) aktiv istifadə edəcək”.

Bamker.az Reporta istinadla bildirir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda AMB-nin baş İnformasiya inzibatçısı Fərid Osmanov deyib.

“Müxtəlif idarə, müəssisə və təşkilatlarda, o cümlədən kredit təşkilatlarında bir-birindən fərqlənən biznes prosesləri var. Onların optimallaşdırılması, səmərəliliyinin, effektivliyinin təmin olunması vacibdir. Bu məsələnin həllinə “Ağıllı müqavilə”lər kömək edir və bütün proseslər həmin müqavilələr əsasında formalaşır. Bununla da, biznes prosesinin dəyişdirilməsi qeyri-mümkün olur” – deyə o, qeyd edib.

“Beynəlxalq maliyyə institutları arasında keçirilmiş sorğunun nəticələrinə görə, bankların 80%-dən çoxu “blockchain” texnologiyasının tətbiqi barədə düşünür. Son 3 ildə bu texnologiyaya 1,4mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb. Həmçinin 2 500-dən çox prototip layihələr hazırlanıb və onların patentləşdirilməsi üzrə müraciətlər edilib. Hazırda 24 ölkə bu texnologiyanın dövlət resurslarının avtomatlaşdırılmasıma tətbiqini planlaşdırır. Təbii ki, mərkəzi banklar bu prosesi diqqət mərkəzində saxlayır. Hazırda 90-dan artıq mərkəzi bankda avtomatlaşdırılma prosesinə “blockchain” texnologiyasını cəlbi barədə düşünürrlər”, – deyə AMB rəsmisi əlavə edib.

Son xəbərlər
Digər xəbərlər