12 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanın maliyyə sektorunda işçilərin 10%-i ixtisar olunub

İki ay ərzində bank və sığorta sahəsində çalışan 3,4 min nəfər işdən çıxarılıb

Bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb. Cari ilin iyul ayında maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30,4 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, may ayında isə bu göstərici 33,8 min nəfər olub.

Maliyyə sahəsində çalışan işçilərin 8%-i və ya 2,7 min nəfəri sığorta sahəsinin payına düşüb. Bu sahədə hesabat dövbründə işçilərin 200 nəfəri ixtisar olunub. Xatırladaq ki, may ayından başlayan azalma ardıcıl olaraq davam edir.

Statistikaya əsasən, son 25 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən yüksək göstərici 2014-cü ildə (30,9 min nəfər), ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb.

Report

Son xəbərlər
Digər xəbərlər