Azərbaycanın maliyyə sektorunun aktivləri ötən il 8% artaraq 56 mlrd. manatı ötüb. Bunun 94,3%-i bank sektorunun payına düşüb.
Bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.
O bildirib ki, bank sektorunun aktivlərində də ötən il 8% artım müşahidə edilib və sektorun aktivləri 53 mlrd. manat təşkil edib.
“Bank sektorunun likvidlik mövqeyi komfortlu zonadadır. De-dollarlaşma prosesi davam edir. Ümumilikdə ölkənin maliyyə sektoru ötən il artım potensialını reallaşdırıb”, – Ə.Məmmədyarov əlavə edib.