8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 28 %-dən çox artıb

2022-ci ildə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2021-ci illə müqayisədə 28 %-dən çox artıb.

Bunu Baş nazir Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

“Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk 4 ayda biz qarşılıqlı ticarəti 22 % artırmağa nail olmuşuq”, – deyə o qeyd edib.

İclasda mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.

“Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, – deyə Ə.Əsədov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər