“Razenni” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 24 min manat zərərlə başa vurub.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Razenni” QSC-nin əsas əməliyyat gəlirləri 78 min manat, satışın maya dəyəri üzrə xərcləri 80 min manat, kommersiya xərcləri 9 min manat, inzibati xərcləri isə 4 min manat təşkil edib.
31 dekabr 2024-cü ildə şirkətin cəmi aktivləri 282 min manatdan 275 min manata düşüb, cəmi kapitalı isə 2050 manat olub.
Xatırladaq ki, “Razenni” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Azər Mirzəyevdir.