13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın meyvə ixracından gəliri 9 % artıb

2022-ci ildə Azərbaycandan 450 milyon ABŞ dolları dəyərində meyvə ixrac edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2021-ci illə müqayisədə 9.4 % çoxdur.

İl ərzində ölkədən ixrac olunmuş meyvənin həcmi isə 5.6 % artaraq 396 min ton olub.

Beləliklə, ötən il Azərbaycan xaricə meyvənin hər kiloqramını orta hesabla 1.14 ABŞ dollarına satıb. Bu isə əvvəlki ilə nisbətən 0.04 ABŞ dolları çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər