Azərbaycanın meyvə-tərəvəz ixracı 2023-cü ilin ilk iki ayında öncəki ildən xeyli zəif olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin yanvar-fevral aylarında 79.85 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac edilib ki, bu da 2022-ci ilin analoji dövründən 14% azdır.
İxrac edilmiş məhsulların 24.11 mln. dolları (4.96 min ton) meşə fındığının payına düşüb. Bu da dəyər baxımdan illik 17% azdır.
Pomidorun ixracı illik müqayisədə 22% azalaraq 19.09 mln. dollar (15.5 min ton), xurmanın 46% azalaraq 14.58 mln. dollar (20 min ton), təşkil etdiyi halda, almanın ixracı iki dəfə artmaqla 10.21 mln. dollara (15.94 min ton), nar isə 3 dəfə artaraq 5.94 mln. dollara (4.53 min ton)olub.
Meyvə-tərəvəz ümumi ixracda 1.77% paya sahib olsa da, qeyri-neft sektoru üzrə 12.26% təşkil edir. Ötən ilin müvafiq dövründə bu 1.55% və 20% idi.
Xatırladaq ki, Azərbaycan meyvə-tərəvəzin böyük əksəriyyətini Rusiya bazarlarına çıxarır.