10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın mikro kreditlər bazarı böhrandan artımla çıxır

Mərkəzi Bankın 1 yanvar 2021-ci il tarixinə olan hesabatına görə, Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərin həcmi 847 milyon manat təşkil edib. Burada söhbət sırf kommersiya banklarının kreditlərindən gedir.

Banker.az xəbər verir ki, bu da son bir ayda 23.2 mln. manat (2.8%) artım, illik müqayisədə isə 215.9 mln. manat (34.2%) artım deməkdir.

Kreditlərin 774.3 milyon manatı milli valyutada, 72.7 milyon manatı isə xarici valyuta ilə müştərilərə verilmiş kreditlərdir.

Son bir ildə ölkədə bu kreditlər üzrə bazarda dedollarizasiya daha da kəskinləşib. Məsələn, ötən il üzrə fərdi sahibkarlara valyutada verilən kreditlərin həcmi 115 mln. manat idi. Bu rəqəm son bir ildə 36.8% kiçilib.

Milli valyutada isə, bu rəqəm ötən ilin əvvəli 332.4 mln. manat idi. Milli valyutada isə bu portfelin son bir ildə isə 2.3 dəfə böyüməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər