31 yanvar 2026-cı il saat 13.00-da “Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının
növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının
müzakirəsi və illik hesabatların təsdiqi.
2. Mənfəətin bölüşdürülməsi və dividendlərin verilməsi haqqında qərarın qəbul edilməsi.
Ümumi yığıncaq Bakı şəhəri, Böyükşor qəsəbəsi, 2062-ci məhəllədə keçiriləcəkdir.
Xatırladaq ki, “Böyükşor Avtonəqliyyat” 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 154 686 manatdır və qanuni təmsilçisi Fərhan Dilbazidir.







