3 C
Baku
Monday, January 13, 2025

Azərbaycanın milyonluq şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq

“Bakı Elektroavtomat” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Elektroavtomat” ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiqi;

3. Direktorlar (Müşahidə) Şurasının, İcra orqanının və Təftiş komissiyasının formalaşdırılması;

4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və fiziki) təyin olunması;

5. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. İclasın keçiriləcəyi tarix: 28 mart 2023-cü il tarixdə, saat 11:00-da. İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakı Elektroavtomat” ASC-nin inzibati binasıdır.

Qeyd edək ki, “Bakı Elektroavtomat” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 255 478 manatdır və qanuni təmsilçisi Mürvət Nəcəfovdur.

Son xəbərlər
Digər xəbərlər