İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-
cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13.7 faiz artaraq 1715.3 milyon manat təşkil edib ki, onun da 75.8 faizi əhali tərəfindən istehlak olunub.
Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 38.2 faizi və ya 654.4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.