Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 408,1 mln. manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7 mln. manat və ya 7,5% artıb.
Cari ilin may ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,1% və ya 6,4 mln. manat artaraq 84,9 mln. manat olub.
Bu ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 0,8% və ya 0,7 mln. manat artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,6%-ni təşkil edib.
“Bu ilin ilk beş ayında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 1030,4 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-may aylarında real ifadədə 14,8% artıb”, – komitədən bildirilib.