2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 20 701,383 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 176,841 mln dollar və ya 25,3% çox deməkdir.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-iyul idxalın məbləği 8 milyard 433 milyon 668 min dollar, ixracın həcmi 12 milyard 267 milyon 714 min dollar olub. Xarici ticarətdə saldo müsbət 3 milyard 834 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 1 038,051 milyon dollar və ya 20,9% azdır.