Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33 mlrd. 912.46 mln. ABŞ dolları təşkil edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24 mlrd. 471.29 mln. dollar təşkil etmişdi. İllik müqayisə aparsaq, 2021-ci ildəki xarici ticarət dövriyyəsinin həcmində 9 mlrd. 441.17 mln. dollar və ya 38.6% artım olduğunu görürük.
Həmçinin, ötən il ixracın xarici ticarət dövriyyəsindəki payının da artdığı müşahidə olunur. Belə ki, 2021-ci ildə xarici ticarət dövriyyəsində ixracın payı 65.48%, idxalın payı isə 34.52% olub. 2020-ci ildə isə bu göstəricilər müvafiq olaraq 56.15% və 43.85% idi.
Ötən il Azərbaycanın xarici ticarət saldosu 10 mlrd. 500.88 mln. dollar olub. Bu, 2020-ci ildəki saldo (3 mlrd. 9.85 mln. dollar) ilə müqayisədə 248.9% fərq deməkdir.