15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın nəhəng iqtisadçılarının bioqrafiyaları: Ziyad Səmədzadə

Görkəmli iqtisadçı alim, iqtisad üzrə elmlər doktoru, pro­­­­­fessor, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Əli­abb­as oğlu Sə­­mədzadə 1940-cı ilin iyun ayının 25-də Ba­­kı şə­­hərinin Bu­zov­na kəndində anadan olmuşdur.     

1946-1956-cı illərdə Bakı şəhəri 206 və 125 saylı or­­­ta məktəblərinin şagirdi olmuşdur.         

1956-1961-ci illərdə K.Marks adına Azərbaycan Xa­lq­ Tə­­­sərrüfatı İnstitutunda (1959-cu ilədək), sonra isə Azər­­­­­bay­­­can Dövlət Universitetinin İqtisadiyyat fakültəsin­­də oxu­­­­muş və universiteti fərqlənmə diplomu ilə bi­tir­miş­­­dir.

1961-1962-ci illərdə Azərbaycan SSR EA İqtisadiy­­yat İns­­titutunda baş laborant və kiçik elmi işçi işləmişdir.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası İq­ti­­­sa­­­­­diyyat İnsti­tu­tu­nun aspiranturasında təhsil alaraq, 1965-ci ildə elə həmin ins­titutda “Əmək məhsuldarlığı və onun yük­­­səl­dilməsi yolları (Azərbaycan sovxoz­la­rı­nın timsalın­da­)” möv­zu­sunda namizədlik disserta­siyası mü­­­da­fiə et­miş­dir.

1965-ci ildə dogma Vətənə qayıdaraq, 1965-1976-cı il­­­­­­lərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda el­mi işçi, bö­­­­­yük elmi işçi, elmi katib və “Xalq tə­sər­rü­fa­tının inkişaf sü­­­­rəti və proporsiyaları” şöbəsinin müdiri və­zi­fə­­lərində ça­­­lış­mışdır.

1971-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsi al­maq üçün “Əmək məhsuldarlığının yüksəldilməsi prob­lem­­­­ləri və əhalinin məşğulluğu strukturunun tək­mil­ləş­di­ril­­­­­­mə­si” mövzusunda dissertasiya işi müdafiə et­mişdir.

Əmək məhsuldarlığı problemlərinə həsr olunmuş elmi əsərlər silsiləsinə görə 1974-cü ildə Ziyad Səmədzadəyə elm və texnika sahəsində “Lenin komsomolu mükafatı laureatı” adı verilmişdir.

1977-ci ildə pro­fes­sor elmi adını almışdır.

1976-1978-ci illərdə Azər­baycan Dövlət Plan Ko­mi­təsi Elmi Tədqiqat İqti­sadiy­yat İns­ti­tu­tunun direktorunun bi­­­­­rin­ci müavini işləmişdir.

1978-1982-ci illərdə D.Bünyadzadə adına Azərbay­can Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə pro­rek­to­ru ol­muş­­­dur.

1980-ci ildə Azər­baycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın­ müxbir üzvü, 1989-cu ildə isə həqiqi üz­vü­ seçilmişdir.

1981-ci ildən Ümumiittifaq İqtisadçılar Cəmiyyə­tinin üzvü, Azərbaycan İqtisadçılar Cəmiyyətinin sədri seçilmişdır.

Akademik Z.Səmədzadənin yeni elmi ideya və üsul­­­la­rın yorulmaz təbliğatçısı olması və iqtisad elminin ye­­ni is­­tiqamətlərinin yaranmasında mühüm rolu respublika rəh­bər­­lə­ri­­nin diqqətindən yayınmamış və o, Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan KP MK-nın Plan-iqtisad orqanı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və bu vəzifələrdə işləyərkən öz el­mi nailiyyətlərinin praktikada tətbiqi və res­pub­li­ka­mı­zın­ gə­lə­cəkdə müstəqil dövlət kimi fəaliyyət gös­tərməsinin əsas amili olan iqtisadiyyatın daha da inkişafı üçün təsirli təd­birlər görülməsinə bilavasitə rəhbərlik et­miş­­­dir.

Onun rəhbərliyi və bilavasitə iştirakı ilə “Demoqrafik inkişaf və əmək eh­ti­yat­la­rın­­­­dan is­tifadə”, “Dağ rayonlarının sosial-iqtisadi in­ki­şa­fı­”­­, “Ma­terial tutumu”, “Enerji tutumu” adlı məqsədli proq­ramlar hazır­landı. Bu proqramlardan plan­laşdırma və ida­rə­­­etmə siste­mində istifadə edilmiş və onlar bu gün də iq­ti­sad­­çı alimlərin və təsərrüfat rəhbərlərinin diqqət mər­kə­zi­n­də­­dir.

1995-2001-ci illərdə Azərbaycan Respublikası Pre­zi­den­­­­ti yanında Ali Attestasiya Komissiyası Rəyasət He­yə­ti­nin­ üzvü olmuşdur.

Z.Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövr­­lə­rin­­dən birində Respublika Ali Soveti sədrinin birinci mü­a­vi­ni vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müs­tə­qil­ ­lik haqqında Konstitusiya aktı qəbul edilmişdir.

Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, par­­­­lament nümayəndə heyətinin rəhbəri kimi İrana və Tür­ki­­­­yəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı fay­da­­­­lı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müs­bət rol oynamışdır.

Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fə­­a­liy­­­yətə başlaması üçün böyük əmək sərf etmiş, Avropa İt­­ti­fa­­qının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, mil­­li koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proq­ra­­­mı­nın hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq kon­fran­­­s­da əsas məruzə ilə çıxış etmiş və Brüssel bə­yan­na­mə­si­­­ni imzalamışdır.

Alimin dövlətin iqtisadi təhlükəsizliyi prob­leminə həsr edilmiş müstəqilliyin ilk illərində apardığı təd­qi­qat­la­­­­rı, elmi məqalələri, elmi ideya və məruzələri ma­hiyyət eti­­­­ba­­rı ilə, respublikada iqtisad elminin bu yeni is­ti­qa­mə­­­tinin ya­­­ranmasının əsasını təşkil etmişdir.  

Z.Səmədzadə yeni ideya və üsulların, müasir iqti­sa­di tə­fəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar onun 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azər­bay­ca­nın xalq təsərrüfatı” jurnalının səhifələrində ar­dı­cıl şərh edi­­lir. O ölkənin görkəmli iqtisadçı alimlərini, po­li­toloq­la­rı­nı və mü­tə­­xəssislərini bu nəşrin işinə cəlb etməyə, əsl ya­­radıcı kol­lek­tiv yaratmağa müvəffəq ol­muşdur.

1995-2001-ci illərdə Azərbaycan Res­pub­likası Pre­zi­­den­­­­ti yanında Ali Attestasiya Komis­si­ya­sı Rəyasət He­y­ə­­ti­­nin­ üzvü olmuşdur.

Z.Səmədzadənin 1999-cu ildə təsis etdiyi “İq­ti­sa­diy­­­yat” qə­­­zeti müntəzəm nəşr olunur.

2000-ci ildə Azərbaycan Sahibkarlar Kon­fe­de­ra­si­yası İdarə Heyətinin üzvü və iqtisadiyyat problemləri böl­­mə­­­­­sinin sədri seçilmişdir.

2005-ci ildən bugünədək Azərbaycan-Belarus par­la­ment­­­­lərarası dostluq qrupunun rəhbəridir.

2006-cı ilin yanvar ayında “Beynəlxalq İqtisadçılar İt­­­­­­ti­faqının vitse-prezidenti seçilmişdir.

2010-cu ilin noyabr ayında Azərbaycan Respub­li­ka­sı Mil­­­­­li Məclisinə 2010-2015-ci il IV çağırış deputat və İq­ti­sa­­di Si­yasət komitəsinin sədri se­çil­miş­­dir­.

Çox­sa­hə­li el­mi fəa­liy­yə­tin­də Z.Sə­məd­za­də iq­ti­sa­di in­­­­­ki­şaf, struk­tur, de­moq­ra­fi­ya, məş­ğul­luq, ef­fekt­li­lik ki­mi da­­­­­im ak­tu­al olan və bə­şə­riy­yə­ti dü­şün­dü­rən prob­lem­lə­rə da­­­­ir 500-dən çox el­mi əsə­rin, o cüm­lə­dən bir sı­ra də­yər­li el­­­­­mi araş­­dır­­ma­la­rın, mak­ro­iq­ti­sa­diy­yat, re­gio­nal iq­­ti­­sa­­diy­­ya­­­­­tın sə­mə­rə­­li­li­yi, tək­rar is­teh­sa­lın sü­rə­ti və pro­­por­­si­­o­nal­­lı­­­ğı, ba­zar iq­ti­sa­­diy­ya­tı prob­lem­lə­ri­nə həsr olu­nan çox­say­lı mo­­­­­­noq­ra­fi­ya­la­rın mü­əl­li­fi­dir. Res­­pub­li­ka­mız­da və keç­miş it­­­­­­­ti­faq­da iq­ti­sad el­mi­nin bir sı­ra apa­rı­cı is­ti­qa­mət­lə­ri­nin ya­­ran­­­­ma­sı, for­ma­laş­­ma­sı və in­ki­şa­fı onun adı və el­mi fə­­a­liy­­yə­­­­ti ilə bağ­lı­dır. Gör­kəm­li iq­ti­sad­çı alim­lər, mü­tə­­xəs­sis­lər xü­su­si ola­raq qeyd edir­lər ki, aka­de­mi­kin el­mi fəa­liy­yə­tin­də müs­tə­qil Azər­­bay­­­­can Res­­pub­li­ka­sı­nın iq­ti­­sa­di prob­lem­lə­ri­nin araş­­dı­­rıl­­ma­­­­sı xü­su­si yer tu­tur və bu sa­hə­də ilk el­mi təd­qi­qat iş­­lə­­ri ona məx­sus ol­­du­ğun­dan mü­ba­li­ğə­siz ola­raq Z.Sə­­məd­­za­­də­­ni bu sa­hə­nin pio­ne­ri say­­maq olar.

2010-cu il  iyun ayının 22-də Azərbaycan Respub­li­ka­­­­­­sında iqtisadiyyat elminin inkişafındakı xidmət­lə­rinə gö­­­rə Azərbaycan Respublikasının Prezi­denti İlham Əli­ye­vin­  Sə­­­­rəncamı ilə  “Şöhrət” ordeni ilə təl­tif edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının ictimai-si­ya­­­si həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif edil­­­­­­mişdir.

2015-ci il iyun ayının 24-də 75 illik yubileyi mü­na­si­bə­­­­tilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fər­ma­­­­nı ilə təltif olunmuşdur.

2015-ci il noyabr ayında Azərbaycan Respublikası Mil­­­­­­li Məclisinə 2015-2020-ci il V çağırış deputat və İq­tisa­­­di si­yasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilmiş­­­­dir­.

Z.Səmədzadə 500-dən çox elmi əsərin mü­əl­li­fi­dir­. Bu el­mi əsərlərdə iqtisadi inkişaf, struktur, re­gional in­ki­şaf, ba­­zar iqtisadiyyatı və digər problemlərə toxu­nul­muş­dur.

Akademikin elmi redaktorluğu ilə ümumi həcmi 2500 sə­hifəyə bərabər olan “Azərbaycan XXI əsrin asta­na­sın­­da” üç­cildliyi nəşr edilmişdir. Üç cildliyə daxil edil­miş el­­mi dü­şüncələri mahiyyət etibarı ilə XXI əsrin mü­rəkkəb prob­­­lem­lərinin həllində Azərbaycan elminin inkişafının pri­­­ori­tet istiqamətləri kimi qiymət­lən­di­rilmişdir.

Alimin “Böyük yolun mərhələləri” adlı irihəcmli fun­­da­­­­men­tal monoqrafiyasında (rus dilində, 2004-cü il) 1950-2000-ci illərdə Azərbaycan iqtisadiyyatının keçdiyi yol sis­temli təh­lil edilmiş, ölkə iqtisadiyyatının strukturunda baş verən dəyi­şikliklər dərindən və əsaslandırılmış şəkildə təd­­­qiq edi­lərək ümumiləşdirilmiş, gələcək prioritetlər ba­rə­­də fikirlər açıqlanmışdır.

Z.Səmədzadə Çin iqtisadi fenomenini Azər­baycanda təd­­qiq edən ilk alim hesab edilir. “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iq­ti­­­sadiyyatında” (2009-cu il), “Китай в глобальной ми­ро­вой экономике” (2010-cu il) əsərləri həm də keçid döv­rü­nü ad­layaraq dünyəvi bir dövlətə çevrilmiş Azərbaycanın iq­­­ti­sa­diyyatının daha modern əsaslarda davamlı inkişafını tə­­­min etmək və möhkəmləndirmədə beynəlxalq təc­rü­bə­dən­ hər­­tərəfli faydalanmaq zərurətlərindən irəli gəlmişdir.

Z.Səmədzadənin Böyük Vətən müharibəsində Azər­bay­­­can Respublikasının misilsiz xidməti və fəaliyyəti ba­rə­­­də araşdırmaları da xüsusilə təqdirə layiqdir. Bununla əla­­­qədar alimin ideya rəhbəri və baş redaktorluğu ilə Bö­yük Vətən müharibəsinin 65-ci il dönümünə həsr olunmuş “По­­бедители.Азербайджан в годы Великой Оте­чес­т­вен­­­­ной войны”, «Нефть Баку: ключ к победе-слав­ное­ прош­­­лое, яркое будущее»), Bakı nefti: qələbənin aça­rı-şə­rəf­li keçmiş, işıqlı gələcək (1945-2015) adlı əsər­lə­rin­də həm öv­ladlarımızın cəbhədəki qəhrəmanlığı, həm də neft ha­sila­­tı, cəbhəyə lazım olan bütün başqa lə­va­zi­mat­la­rın is­teh­sa­­lı sahəsində Azərbaycan xalqının əvəzsiz xid­mət­lə­ri əks olun­­muşdur.

Z.Ə.Səmədzadə hal-hazırda Azərbaycan Xalq Cüm­huriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan iqti­sadiyyatı 100 ildə” ikicildlik elmi-tədqiqat işi üzərində çalışır. Əsər bu yaxınlarda oxucuların ixtiyarına veriləcəkdir.

İq­­tisadçı elmi kadrların hazırlanması sahəsində müs­təs­­­­na xidmətləri olan Z.Səmədzadə nüfuzlu beynəlxalq sim­­­­pozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir.

Z.Səmədzadə uzun illərdir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “İc­timai-siyasi proqramlar” redaksiyasının hazırladğı «Gü­nün nəb­zi» ve­ri­li­şin­də, elə­cə də bir çox özəl te­le­ka­­nal­­lar­da Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın möv­cud və­ziy­yə­ti və in­ki­şaf pers­pek­tiv­lə­ri ilə bağ­lı də­yər­li fi­kir və mü­­la­­hi­zə­lə­ri­ni ta­ma­şa­çı­lar­la bö­lü­şür.

 50 ildən artıqdır ki, çoxsaylı beynəlxalq sim­po­zi­­um və kon­q­reslərdə çıxış edən alim geniş elmi diapazona ma­­lik ol­du­­ğunu nümayiş etdirir, iq­ti­sa­­di el­minin aktual problemləri barədə özünün ideya və baxışlarını bəyan edir.

Z.Səmədzadə Azərbaycan Res­pub­li­ka­sı Milli Məc­­li­si­nin üzvü, Milli Məclisin İqtisadi siyasət sənaye və sa­hib­kar­lıq komitəsinin sədri, Beynəlxalq Me­nec­me­nt Aka­de­mi­y­a­sı­­nın, Av­ro­pa Beynəlxalq Aka­de­mi­ya­sı­nın Azər­baycan böl­­­­­məs­i­n­in aka­­demikidir.

Z.Səmədzadə iradəsi, əqidə möhkəmliyi, xe­yir­­­­­xah­­lı­ğı­, müdrikliyi, sadəliyi həm də digər nəcib insani key­fiy­­yət­­­lə­ri­lə el-obada böyük nüfuz qazanmış və­tən­­­pər­vər­ zi­­­ya­lı, müdrik insan və qayğıkeş ailə baş­çı­sı­dır. Onun üç öv­­ladı, dörd nəvəsi və iki nəticəsi var.

Qızı Aygün Səmədzadə tanınmış bəstəkar, sə­nət­şü­nas­­­­lıq üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının əmək­dar incəsənət xadi­mi­, Azərbaycan Respublikasının xalq artistidir. Onun «Tut ağacı», «Məktəb illəri», «Ya­ğış», «Bu dün­ya­­­­­­­nı nağıl bilək» kimi çoxsaylı nəğ­mələri ürəklərə, minlərlə insanlara xoş duyğular və hisslər bəxş et­mək­­­­­də­­dir. O, həmçinin bir çox teatr tamaşaları və kino­filmlərə yazılmış musiqilərin müəllifidir.

Oğlu Elşad Səmədzadə də atasının yolu ilə gedir, iq­ti­sad­­­­ üzrə fəlsəfə doktorudur.

Qızı Aytən Səmədzadə həkim və iqtisadçıdır, “İq­ti­sa­diy­yat” qəze­tinin baş redaktoru, iqtisad üzrə fəlsəfə dok­to­ru­dur.

Son xəbərlər
Digər xəbərlər