16 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın nağdsız ödənişlərində son vəziyyət necədir?

Bu gün ölkədə nağdsız ödənişlərin getdikcə artması bank sisteminin resurs bazasının genişlənməsinə, faiz dərəcələrinin azalmasına, təsir göstərir ki, bu da son nəticədə iqtisadi artımın sürətlənməsinə gətirib çıxarır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə makroiqtisadi idarəetmə asanlaşır, iqtisadiyyata təsir vasitələri də çoxalır.

Bundan başqa, ölkəmizdə elektron hesablaşma mexanizmi yaradılmışdır ki, bu da öz növbəsində ödənişlərin real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsilə, təhlükəsiz, səmərəli reallaşdırılmasına geniş imkanlar açır. Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin plastik kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaradır.

İndi isə ölkədə nağdsız ödənişlərin inkişafı haqqında statistikaya nəzər yetirək. Mərkəzi Bankın yayımladığı son statistik məlumatlara əsasən deyə bilərik ki, 1 Aprel tarixində Azərbaycan əhalisinin 6 038 min ədəd ödəniş kartı var. Bu kartlardan  1281  ədədi kredit kartları digərləri isə debet kartlarıdır. Onu da qeyd edək ki, ötən ay ilə müqayisədə kredit kartlarının sayında azalma müşahidə olunub.

Həmçinin debet kartlarından  2 461 ədədi sosial kartlar,  1 442  ədədi əmək haqqı kartları, 854 ədədiisə digər kartlara daxildir.

Hazırda debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların sayı isə 7 637 min ədəd təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 816 min ədəd, yəni 12% çoxdur.  Debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların həcmi isə ötən il ilə müqayisədə 118 mln manat və yaxud 11.5% artaraq 1 137 mln manat təşkil edib.

Nağdsız ödənişlərin inkişaf etməsinə baxmayaraq, bəzi obyektlərin hələ də POS terminalla tanış olmadıqlarının şahidi oluruq. Belə ki, ticarət obyektlərinin çoxunda POS terminallar ya ümumiyyətlə yoxdur, yaxud da var ancaq işləmədiklərini söyləyirlər. Sahibkarlar bunu müxtəlif amillərlə əsaslandırmağa çalışsalar da, hər kəsə məlumdur ki, artıq POS terminal quraşdırmayan obyektlərə müraciət edən alıcıların sayı daha azdır.

Son xəbərlər
Digər xəbərlər