Bu ilin ilk 4 ayında 1 541 ton nar satıb. Ölkənin bu satışdan gəliri $2 mln. 424 min olub.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında məlumat verilir.
Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycandan 1 909 ton nar ixrac edilmişdi və ölkənin qazancı $3 mln.-a yaxın olmuşdu.
Banker.az-ın apardığı hesablamalara görə, nar ixracı dəyər ifadəsində 18.8%, miqdar ifadəsində 19.3% azalıb.