Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 1 541.27 ton nar satıb. Bu satışdan ölkənin gəliri $2 mln. 424 min olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, hesabat dövründə ölkənin nar ixracı azalıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycan xaricə $2 mln. 986.81 min dəyərində 1 910.83 ton nar satmışdı. Müqayisə aparsaq görürük ki, nar ixracı dəyər ifadəsində $562.81 min və ya 18.8%, miqdar ifadəsində isə 369.56 ton və ya 19.3% azalıb.