11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib

Prezident yanında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisləri Komissiyanın yeni tərkibinə daxil edilib.

Digər dəyişikliklə Dövlət Mülki Aviasiya Administrasiyasının (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyidir – red.) direktoru tərkibdən çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər