Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,5 faiz artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artmışdır.