35 C
Baku
Monday, August 25, 2025

Azərbaycanın neft ixracından gəliri 17% azalıb, qaz ixracından gəliri isə 11% artıb

2025-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 13 milyard 139 milyon dollar təşkil edib.

Banker.az xəbər verir ki, o cümlədən 7 milyard 660 milyon dollarlıq xam neft, 5 milyard 269 milyon dollarlıq təbii qaz ixrac edilib.

2024-cü ilin yanvar-iyul aylarında  Azərbaycandan 14 milyard 224 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 9 milyard 226 milyon dollarlıq xam neft, 4 milyard 756 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.

Beləliklə, bu ilin 7 ayında xam neft ixracından gəlir 17% azalıb, qaz ixracından gəlir isə 11% artıb.

Son xəbərlər
Digər xəbərlər