21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9.8% azalıb

2022-ci ildə əsas kapitala 18272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb. İstifadə olunmuş vəsaitin 10611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 14718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər